• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəmil Həsənlinin memuarı

  • 18 İyul 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Alim, ictimai-siyasi xadim Cəmil Həsənlinin “Zamanın sınağında” memuarı çapdan çıxıb.

1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin müəllimi, baş müəllimi, dosenti və professoru olub.

1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan prezidentinin müşaviri vəzifəsini tutub.

AXCP sədrinin müavini olub, 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub. Həmin qurumun sədridir.

ABŞ-da və Böyük Britaniyada elmi-pedaqoji fəaliyyət göstərib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli yazır ki, Cəmil Həsənli “Zamanın sınağında” memuarında həyatının təqribən yarım əsrlik hissəsinin xatirələrini qələmə alıb: “Təkcə yazmayıb, həm də yaşadıqlarının şəklini, hətta filmini çəkib… Kitabın təqribən üçdə biri Cəmil müəllimin uşaqlıq və tələbəlik illərinin xatirələridir. Memuarın bu hissəsini Cəmil müəllim çox böyük bədii ustalıqla işləyib. Təkcə şəxsi xatirələrini yazmayıb, həm də dövrü – Sovet Azərbaycanının ötən əsrin 60-cı illərindən 1988-ci ildə milli azadlıq hərəkatı başlayana qədərki mənzərəsini təqdim edib.

Cəmil Həsənli dünya miqyaslı tarixçidir. Onun əsərlərini dünyanın ən qabaqcıl universitetlərində öyrənirlər. Ancaq xatirələrindən görürsən ki, Cəmil müəllim ədəbiyyata, bədii yaradıcılığa da çox yaxın olub. Əmin olursan ki, Cəmil müəllim tarixi yox, bədii yaradıcılığı seçsəymiş, heç şübhəsiz, ədəbiyyat tariximizdə parlaq iz qoyan böyük yazıçı olarmış.

Kitabın ikinci bölümündə – xalq hərəkatının başlanmasından sonrakı dövrün təsvirində yazar Cəmil Həsənlini tarixçi alim Cəmil Həsənlinin əvəz etdiyini görürük. “Zamanın sınağında” ən yeni tariximizin mühüm mərhələsi olan 1988-2010-cu illər üçün əvəzsiz qaynaqdır. Müstəqillik uğrunda mübarizə, Ermənistanın Azərbaycana ərazi iddiası, Qarabağ münaqişəsi, 20 Yanvar olayı, Sovet İttifaqı rəhbərliyinin anti-Azərbaycan fəaliyyəti, Xalq Cəbhəsinin yaranması və iqtidara gəlməsi, Əbülfəz Elçibəy hakimiyyətinin qiyam yolu ilə devrilməsi, Heydər Əliyevin qiyam yolu ilə hakimiyyətə gəlişi, İlham Əliyevin hakimiyyəti miras alması kimi mühüm tarix səhifələrini ən sanballı tarixçinin qələmindən oxumaq hamımız üçün böyük şansdır”.

18 iyul qiyməti

  • 18 İyul 2023
  • comments

Dövlət qulluqçularının sayı və maaşı necə dəyişib?

  • 18 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda