![]({"full":{"0":"2023\/07\/Mader-Musayev.jpg","1":800,"2":500,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2023\/07\/Mader-Musayev.jpg"}})
Milli Məclisin 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev iyulun 14-də vəfat edib.
1947-ci il noyabrın 26-da doğulan Madər Musayev Moskva Kooperativ İnstitutunun Bakı filialını bitirib, 1964-cü ildən ticarət sahəsində çalışaraq məsul vəzifələr tutub, iş adamı kimi tanınıb.
1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisin deputatı seçilmiş Madər Musayev “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri laureatıdır.
Allah rəhmət eləsin!