• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılı normal iş rejiminə qayıdıb

  • 13 İyul 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Müsavat başqanı Arif Hacılının səhhəti qaydasına düşüb, o, partiyada normal iş rejiminə qayıdıb. Novator.az-a bu barədə danışan partiya Divanının üzvü, Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəyli deyib ki, Arif Hacılı iyunun 3-ü Bakıdakı EGE Hospitalda açıq ürək əməliyyatı keçirib, reabilitasiya kursu iyunun 8-dək orada, sonra ev şəraitində – paytaxtda və ata yurdu Zaqatalada – davam edib: “İndi başqan iş başındadır, iyulun 10-dan hər gün mərkəzi qərargaha gəlir, səhhəti normaldır”.

Arif Hacılının ürək-damar sistemində problemlər 2019-cu ildə üzə çıxıb. Həmin ilin yanvarında o, Türkiyədə qısamüddətli müalicə alıb.

Kardioloqların bu il apardığı müayinədə açıq ürək əməliyyatının zəruri olduğu bilinib.

1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, Zaqatala radiosunun əməkdaşı olub.

1988-ci ildə milli azadlıq hərəkatına qoşulan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.

1990-cı ildə parlamentin deputatı seçilib, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən partiya başqanının müavini olub.

2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

2014 və 2019-cu illərdə başqan seçilib.

Arif Hacılı Müsavatın altıncı başqanıdır. 1911-ci ildə qurulmuş partiyaya Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Kərim Odər, Məhəmməd Azər Aran, İsa Qəmbər də başqanlıq ediblər.

İranı indi nə qarışdıracaq? – “Financial Tim...

  • 13 İyul 2023
  • comments

ABŞ-dan Laçın zəngi

  • 13 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda