• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elçin Sadıqovun vəkilliyi dayandırılıb

  • 07 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb, onun kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət etmək qərarı çıxarılıb.

Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin Vəkillər Kollegiyasına 2022-ci ilin sentyabr ayında göndərdiyi şikayət əsasında başlayıb. 2023-cü il iyunun 24-də Vəkillərin İntizam Komissiyası Elçin Sadıqovun vəkillərin davranış qaydalarını tənzimləyən əsasnamənin tələblərini pozduğu barədə rəy verib. Həmin gün prezident İlham Əliyevə müraciət göndərən Elçin Sadıqov qeyd edib ki, insan haqlarını müdafiə etdiyi üçün təqiblərə məruz qalır. O, Eynulla Fətullayevin Vəkillər Kollegiyasına şikayət vermək hüququnun olmadığını və həmin şikayətin icraata götürülməsinin əsassız olduğunu vurğulayıb.

İyulun 6-da özünün “Facebook” səhifəsində açıqlama yayan Elçin Sadıqov qeyd edib ki, vəkillik fəaliyyətinin dayandırılması siyasi qərardır. O, Rəyasət Heyətinin 6 iyul iclasında iştirak etmədiyini bildirib: “Qərardan media vasitəsilə məlumat almışam. Ümid edirəm ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu işə mənim iştirakımla yenidən baxacaq”.

Novator.az bildirir ki, Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.

2022-ci il sentyabrın 10-da Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edib. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.

Sentyabrın 11-də Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Əvəz Zeynallı 2023-cü il martın 27-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Elçin Sadıqovun işi başqa icraata ayrılıb.

Eynulla Fətullayev Haqqin.az saytının baş redaktorudur. Əvəz Zeynallı və Elçin Sadıqov cinayət məsuliyyətinə 2022-ci il sentyabrın 7-də Haqqin.az saytında getmiş yazıdan sonra alınıblar. Həmin yazıda jurnalistin Rasim Məmmədovdan rüşvət aldığı iddia olunub.

Vəkillər Kollegiyası Elçin Sadıqovu məsuliyyətə cəlb edir

Elçin Sadıqovun prezidentə müraciəti

Məhkəmə-Hüquq Şurası tam formalaşdı

  • 06 İyul 2023
  • comments

5 il 4 ayın bir kursu

  • 07 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda