Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb.
Son rəsmi hesabata görə, ölkədə 831954 nəfər koronavirusa yoluxub, onların 10284-ü vəfat edib, 9-u aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında üzə çıxan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilin statistikası belədir: yanvar – 1543 yoluxma, 77 ölüm, fevral – 604 yoluxma, 34 ölüm, mart – 1176 yoluxma, 63 ölüm, aprel – 1656 yoluxma, 59 ölüm, may – 454 yoluxma, 33 ölüm, iyun – 111 yoluxma, 8 ölüm, iyul – 9 yoluxma, 2 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 412,5 min nəfərə bir, 4 milyon 884,1 min nəfərə iki, 3 milyon 404,5 min nəfərə azı üç, 266,3 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.