• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR-in qeydiyyat işi daha bir prosesdən keçdi

  • 04 İyul 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Bakı Apellyasiya Məhkəməsi iyulun 3-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyindən yeni şikayətinə baxıb. Novator.az-a danışan partiya sədrinin müavini Ədalət Yusub deyib ki, yenə məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənmişdi: “Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi iddiamızı təmin etmədi”.

Ədalət Yusub qeyd edib ki, Ədliyyə Nazirliyi partiyanın dövlət qeydiyyatına alınmaq müraciətini dörd dəfə geri qaytarandan sonra Bakı Apellyasiya Məhkəməsinə üz tutublar, ancaq şikayətə baxılmayıb: “Beşinci müraciətə cavabdan bəlli olmuşdu ki, Ədliyyə Nazirliyi partiyanın təyinatlı orqanlarının fəaliyyətinə xitam verilməsi qərarını qurumun buraxılması kimi yozub, sənədləri geri qaytarıb. Ona görə yenidən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdik, ancaq Ədliyyə Nazirliyini haqlı çıxardılar”.

Ədalət Yusub əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi ADR-in şikayətini icraata götürüb: “Şikayətdə partiyanın dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz olduğu vurğulanıb”.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb.

Dekabrın 22-də ADR beşinci dəfə Ədliyyə Nazirliyinə müraciət edib. 2023-cü il aprelin 11-də sənədlər baxılmadan geri qaytarılıb.

Ədliyyə Nazirliyi dövlət qeydiyyatı ilə bağlı altıncı müraciətə də yox deyib, sənədləri geri qaytararaq “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun müraciət etmək təklifi verib.

1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır.

“Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.

Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

ADR üçüncü cəhdə baş vurdu

ADR: qeydiyyat işi məhkəməyə gedir

ADR-in qeydiyyat məhkəməsi başladı

Məhkəməyə koronavirus əngəli

ADR Partiyası məhkəmədən nə cavab alıb?

ADR Ali Məhkəməyə şikayət verib

ADR-in Ali Məhkəmədən istəyi var

ADR sədrindən xitam sərəncamı

“Mübarizədə bundan sonra da varıq”

ADR-də müzakirə, planlar

ADR Partiyası yenidən təsis olunur

ADR-in işi beynəlxalq rəydə

“Hər kəs cavab verəcək”

ADR Partiyasının müraciət planları

Ədliyyə Nazirliyi ADR-ə təklif verib

ADR-in işi Avropa Məhkəməsində

4 iyul qiyməti

  • 04 İyul 2023
  • comments

Messiyə Azərbaycan hədiyyəsi

  • 04 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda