• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Söyüdlü: araşdırmalar davam edir

  • 24 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Gədəbəyin Söyüdlü kəndində araşdırmalar aparan hökumət komissiyasından məlumat var.

Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıb. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var.

Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

AZƏRTAC-ın 24 iyun məlumatına görə, aidiyyəti qurumlar kənddə ətraf mühitə təsirləri qiymətləndirir, xəstəliklərin statistikası və dinamikasını təhlil edir, tibbi müayinələr keçirir, pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirləri öyrənir, su və torpaq nümunələri götürərək analizlər aparır, atmosfer havasının keyfiyyətini yoxlayır.

Aparılan kompleks monitorinqlərin nəticələrinin təhlil olunacağı, təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcəyi bildirilir.

Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.

Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.

Söyüdlü aksiyası

Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb

Baş nazir Söyüdlü komissiyası yaratdı

Söyüdlüdə qızılı hansı şirkət çıxarır?

Söyüdlünü qapatmağın hüquqi əsası varmı?

Əli Kərimli yenidən AXCP sədri seçildi

  • 24 İyun 2023
  • comments

“Vaqner” geri çəkilir

  • 24 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Ekologiya
  • Hüquq
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda