• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qadın-kişi bərabərsizliyi nə vaxt aradan qalxa bilər? – CNN

  • 23 İyun 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

ABŞ-ın CNN kanalı Dünya İqtisadi Forumunun gender bərabərliyi hesabatını şərh edib.

Dünya İqtisadi Forumunun gender bərabərliyi reytinqinə 14 ildir İslandiya başçılıq edir. 2023-cü ilin reytinqində ikinci yeri Norveç, üçüncü yeri Finlandiya tutur. 146 ölkənin yer aldığı siyahını Əfqanıstan qapayır. Azərbaycan 97-ci yerdədir.

Novator.az-ın məlumatına görə, CNN kanalı hesabata əsaslanaraq dünyanın gender bərabərliyinə 2154-cü ildən tez çatmayacağını vurğulayır: “Qlobal miqyasda qadınlarla kişilər arasında bərabərsizlik olsa-olsa 131 ilə aradan qalxa bilər”.

Hesabata əsasən, 2023-cü ildə dünyada kişilərlə qadınlar arasında bərabərsizlik 2022-ci ilə nisbətdə vur-tut 0,3 faiz azalıb.

Dünya İqtisadi Forumunun icraçı direktoru Sədiyə Zahidinin sözlərinə görə, son illər dünyada gender bərabərliyinə nail olunması baxımından ya ləngimə, ya da geriləmə baş verib: “Koronavirus pandemiyasının xüsusilə təhsil sektorunda, əmək bazarında qadınlara vurduğu ziyan, pandemiyanın doğurduğu iqtisadi, siyasi böhran gender bərabərliyi istiqamətində əvvəllər əldə olunmuş nailiyyətləri zəiflədib. Hazırda dünyanın bəzi ölkələrində nailiyyətlərə qismən qayıdış nəzərə çarpsa da, çox yerdə hələ də bir yeni böhran meydana çıxan kimi qadın-kişi bərabərliyi pozulur, gender sahəsində geriləmə müşahidə olunur”.

Dünya İqtisadi Forumu qlobal gender bərabərliyi indeksini 2006-cı ildən tərtib edir. Reytinq dörd meyarla – kişilərin və qadınların iqtisadiyyatda rolu, təhsilə əlçatanlığı, siyasətə cəlb olunması və sağlamlıq səviyyəsi ilə ölçülür.

2006-cı ildən dünyada bu dörd meyarın əhatə etdiyi sahələrdə gender fərqi yalnız 4,1 faiz azalıb.

2023-cü il hesabatında vurğulanır ki, 146 ölkədə təhsil, siyasət, sağlamlıq meyarları üzrə cüzi irəliləyiş baş versə də, iqtisadi meyarda geriləmə qeydə alınıb: “Pandemiyadan və onunla əlaqəli böhranlardan sonra bərpa prosesi – gender bərabərliyinə qayıdış zəif gedir. O biri yandan qlobal iqlim dəyişkənliyi və texnoloji tərəqqi faktorlarının qadınların iqtisadi hüquq və imkanlarını daha da daraldacağı təhlükəsi yaranıb. Milyonlarla qadın iqtisadi fəaliyyət imkanından məhrum olmaqdadır. Bu, qlobal iqtisadiyyatın taleyi sarıdan da ciddi narahatlıq doğurur”.

Mənbə: CNN.com

33 aktiv xəstə var

  • 23 İyun 2023
  • comments

Rəsmi: Bakıda orta maaş 1200 manatı döyür

  • 23 İyun 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Hüquq
  • Media
  • Səhiyyə
  • Siyasət
  • Sosial
  • Təhsil

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda