ABŞ-ın “Global Finance” jurnalı 193 ölkəni adambaşına ümumi daxili məhsul göstəricisi üzrə sıralayıb. Hesablama alıcılıq qabiliyyəti pariteti (ölkələrdə mal və xidmət səbətinin dəyəri) əsasında aparılıb.
Novator.az bildirir ki, “Global Finance” varlı ölkələr reytinqinin ilk üçlüyündə İrlandiya, Lüksemburq və Sinqapuru göstərir.
ABŞ 9-cu, Almaniya 19-cu, Fransa 29-cu, İtaliya 34-cü, Yaponiya 38-ci pillədə yer alır.
Litva 42-ci, Estoniya 43-cü, Türkiyə 53-cü, Latviya 54-cü, Rusiya 60-cı, Qazaxıstan 61-ci, Belarus 76-cı, Gürcüstan 79-cu, Türkmənistan 82-ci, İran 84-cü, Ermənistan 85-ci, Azərbaycan 92-ci, Moldova 98-ci, Ukrayna 111-ci, Özbəkistan 127-ci, Qırğızıstan 145-ci, Tacikistan 149-cudur.
Mənbə: Gfmag.com