• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Söyüdlü aksiyası

  • 21 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Gədəbəyin Söyüdlü kəndinin bir qrup sakini iyunun 20-də aksiya keçirib. “Turan”ın məlumatına görə, onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirir ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir göstərib, ikinci göl isə örüş sahələrində yaradılır.

Polis əməkdaşları aksiyanı dağıdarkən dəyənəkdən və gözyaşardıcı qazdan istifadə edib. 10 nəfərin xəsarət aldığı, 6 nəfərin tutulduğu xəbər verilir.

Daxili İşlər Nazirliyi bəyan edib ki, bəzi şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq süni gölün inşasında çalışanlara daşla, küt alətlərlə xəsarət yetirib və polis əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.

“Turan”ın iyunun 21-də yerli sakinlərdən aldığı məlumata görə, 5 aksiyaçıya 20 sutkalıq inzibati həbs cəzası verilib, 1 nəfər 1500 manat cərimələnib.

Novator.az müxalif siyasətçilərin “Facebook” şəbəkəsində yaydığı rəylərə də nəzər salıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı dinc aksiyaçılara, o cümlədən qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunmasını “əndazəni aşan vəhşilik” adlandırıb: “Bu hadisəni törədənlər cəzalandırılmalıdır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qeyd edib ki, ekoloji təhdidə, fəlakətə, süni zəhərli göl yaradılmasına etiraz edən sakinlər yox, müasir filtrasiya qurğularına vəsait ayırmayıb təbiəti zəhərləyənlər cəzalandırılmalıdır.

AXCP sədri Əli Kərimli yazır ki, Söyüdlü camaatı qızıl mədənlərinin zəhərli tullantılarının Gədəbəyin təbiətinin cəhənnəmə çevrilməsinə etiraz edib, rejim isə onlarla “xalq düşmənləri” kimi davranıb.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Söyüdlü hadisəsinə belə münasibət bildirib: “Xalqla zor gücü ilə danışan istənilən hakimiyyət sonda qalib deyil, məğlub olur!”

Rusiyanı qorxudan general haradadır? – “The ...

  • 21 İyun 2023
  • comments

“AzəriLayt” ucuzlaşıb

  • 21 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Ekologiya
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda