Azərbaycanın Dövlət Statistika Komitəsi 2023-cü il mayın 1-nə əhalinin 50,2 faizinin qadınlar olduğunu açıqlayıb, yanvar-aprel aylarında doğulanlar arasında oğlan uşaqlarını 53,2 faizlə üstün göstərib.
Novator.az bildirir ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ilin əvvəlində əhalinin 51,2 faizi qadınlar olub, 1000 kişiyə 1048 qadın düşüb.
1995-ci ilə qadınların əhalidə payının 50,9 faizə endiyi, 1000 kişiyə 1036 qadın düşdüyü bəyan olunub.
2000-ci ilə əhalinin 51,1 faizi qadınlar olub, 1000 kişiyə 1046 qadın qeydə alınıb.
2005-ci ilə qadınların əhalidə payı 50,8 faiz göstərilib, 1000 kişiyə 1032 qadın düşüb.
2010-cu ilə qadınların xüsusi çəkisinin 50,5 faizə gerilədiyi, 1000 kişiyə 1019 qadın düşdüyü açıqlanıb.
2015-ci ilə qadınların ümumi əhalidə payı 50,2 faiz olub, 1000 kişiyə 1009 qadın qeydə alınıb.
2020 və 2021-ci illərə qadınların ümumi əhalidə payı 50,1 faiz göstərilib, 1000 kişiyə 1002 qadın düşüb.
2022-ci ilə qadınlar Azərbaycan əhalisinin tən yarısını təşkil edib, 1000 kişiyə 1001 qadın qeydə alınıb.