Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ilin əvvəlində əhalinin 42,4 faizi 20 yaşadək şəxslər olub. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 1995-ci ilin əvvəlində yaşı 20-dək şəxslərin ümumi əhalidə payı 41,6 faizə enib, 2000-ci ilin əvvəlinə 41,7 faizə yüksəlib.
2005-ci ilin göstəricisi 37,1 faiz, 2010-cu ilin göstəricisi 32,7 faiz, 2015-ci ilin göstəricisi 30 faiz, 2020-ci ilin göstəricisi 28,7 faizdır.
2021-ci ildə yaşı 20-dək şəxslərin ümumi əhalidə payı 28,5 faizə, 2022-ci ildə 28,3 faizə düşüb.