Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-aprel aylarında Azərbaycanda 37159 uşaq doğulub, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalma qeydə alınıb.
Novator.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə doğum sayı 190353 göstərilib.
1995-ci ildə 143315 uşaq, 2000-ci ildə 116994 uşaq, 2005-ci ildə 141901 uşaq, 2010-cu ildə 165643 uşaq, 2015-ci ildə 166210 uşaq, 2020-ci ildə 126571 uşaq, 2021-ci ildə 112284 uşaq, 2022-ci ildə 122846 uşaq dünyaya gəlib.
2023-cü il mayın 1-nə əhalinin hər 1000 nəfərinə doğum göstəricisi 11,1 olub.
1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum qeydə alınıb. 1995-ci ildə göstərici 18,9-a, 2000-ci ildə 14,7-yə düşüb, 2005-ci ildə 16,9-a, 2010-cu ildə 18,5-ə yüksəlib.
2015-ci ildə hər 1000 nəfərə 17,4 doğum, 2020-ci ildə 12,7 doğum, 2021-ci ildə 11,2 doğum, 2022-ci ildə 12,2 doğum rəsmiləşib.