• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Liderlik hədəfi

  • 19 İyun 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 49 milyard 580,8 milyon manatlıq (29,2 milyard dollara yaxın) ümumi daxili məhsul (ÜDM) istehsal olunub, əhalinin hər nəfərinə 4890,6 manat (2877 dollara yaxın) ÜDM düşüb. Novator.az-ın məlumatına görə, iqtisadçı, siyasətçi Natiq Cəfərli yazır ki, 1993-cü ildə Azərbaycanın ÜDM-i 1,5 milyard dollar olub, 2003-də 7,3 milyard dollara, 2022-də 80 milyard dollara yaxınlaşıb: “Adambaşına düşən ÜDM 1993-də 209 dollar idi, 2022-ci ildə 7819 dolara qalxıb”.

Ekspert qeyd edir ki, 1993-cü ildə Gürcüstanda adambaşına ÜDM 549 dollar, 2022-ci ildə 6671 dollar göstərilib: “Ermənistanda analoji rəqəm 1993-cü ildə 347 dollar, 2022-ci ildə 6569 dollar olub. 15 il öncə Ermənistanda adambaşına ÜDM 3900 dollar, Azərbaycanda 5574 dollar idi.

ÜDM artımı, adambaşına düşən payın artım sürəti zəifləyib. Azərbaycanın resurslarını və iqtisadi potensialını nəzərə alanda indi adambaşına düşən ÜDM Ermənistan və Gürcüstandan azı iki-üç dəfə artıq olmalı idi və biz buna çalışmalıyıq. Cənubi Qafqazın iqtisadi və siyasi mərkəzi olmaq, gələcəkdə “yumşaq güclə” Cənubi Qafqazın iqtisadi-siyasi hegemonuna çevrilmək istəyiriksə, təcili institusional islahatlara başlamalı, iqtisadiyyatın fəlsəfəsini, strukturunu, “oyun qaydalarını” dəyişməliyik. 2030-cu ildə Azərbaycanda adambaşına düşən ÜDM 12-13 min dollar olsa, bölgənin iqtisadi cazibə mərkəzi və Cənubi Qafqazda iqtisadi oyun qaydalarını diktə edən biz olacağıq. Bu, Xankəndi və ətrafında yaşayan ermənilərin ölkəyə inteqrasiya prosesinə də güclü dəstək olar”.

Yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu 2022-ci ilin eyni dövrünə nəzərən 0,7 faiz artıb.

1995-ci ildə ÜDM 11,8 faiz azalıb.

1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz yüksəliş qeydə alınıb.

2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz, 2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artım olub.

2011-ci il 0,1 faiz, 2012-ci il 2,2 faiz, 2013-cü il 5,8 faiz, 2014-cü il 2,8 faiz, 2015-ci il 1,1 faiz artımla, 2016-cı il 3,1 faiz geriləmə ilə yekunlaşıb.

2017-ci ildə 0,2 faiz, 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 2,5 faiz yüksəliş, 2020-ci ildə 4,2 faiz azalma rəsmiləşib.

2021-ci il 5,6 faiz, 2022-ci il 4,6 faiz artımla bitib.

İşsizlik statistikasına diqqət

  • 19 İyun 2023
  • comments

Müstəqillik dövründə doğum göstəriciləri necə dəyi...

  • 19 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Senatorlar Putini hədələyir – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda