• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yük və sərnişin daşınmasında yeniliklər zərfi

  • 16 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclis avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasında yenilikləri nəzərdə tutan qanunlar zərfi layihələrini dərc edib.

Novator.az bildirir ki, “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsində sahibkarlıq fəaliyyətinə icazələrin siyahısına bu əlavələr yer alır: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; taksi sifarişi operatoru fəaliyyətinə icazə.

“Dövlət rüsumu haqqında” qanunda uyğun yeniliklərlə taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsinə görə 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsinə görə 25 manat; Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsinə görə 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsinə görə 75 manat; taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsinə görə 3000 manat dövlət rüsumu müəyyən olunur.

“Avtomobil nəqliyyatı haqqında” qanunda yeniliklərin biri taksi minik avtomobillərində qət edilən məsafənin və boşdayanmanın müddətinin uçotunu aparan, gediş haqqının məbləğini hesablayan taksometr quraşdırılmasını hökm edir.

Hər üç qanunda yeniliklərin 2023-cü il oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

İnzibati Xətalar Məcəlləsində yenilik təkliflərinə əsasən, daşıma qaydalarının pozulması üzrə cəzalar gəlir. Məsələn, buraxılış vəsiqəsi olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslərə 200 manat, hüquqi şəxslərə 1000 manat, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat cərimə düşür.

Əməllərin təkrar törədilməsi halında cərimələr artır.

İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10000 manat, hüquqi şəxslər 40000 manat cərimələnir.

Cəzaların 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Rusiya: azsaylı xalqların çoxsaylı problemləri

  • 16 İyun 2023
  • comments

Lirənin kursu

  • 16 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda