• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ədliyyə Nazirliyi ADR-ə təklif verib

  • 12 İyun 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatı ilə bağlı altıncı müraciətinə də yox deyib. İyunun 12-də Novator.az-a danışan partiya sədrinin müavini Ədalət Yusub deyib ki, nazirlik sənədləri geri qaytarıb, “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun müraciət etmək təklifi verib: “2022-ci il dekabrın 22-də, beşinci müraciətdə təqdim etdiyimiz sənədlər 2023-cü il aprelin 11-də baxılmadan geri qaytarılmışdı. Nazirlik partiyanın təyinatlı orqanlarının fəaliyyətinə xitam verilməsi qərarını qurumun buraxılması kimi yozmuşdu. Biz bu cavabla razılaşmadığımız üçün altıncı dəfə Ədliyyə Nazirliyinə üz tutmuşduq”.

1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb.

“Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.

Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

ADR üçüncü cəhdə baş vurdu

ADR: qeydiyyat işi məhkəməyə gedir

ADR-in qeydiyyat məhkəməsi başladı

Məhkəməyə koronavirus əngəli

ADR Partiyası məhkəmədən nə cavab alıb?

ADR Ali Məhkəməyə şikayət verib

ADR-in Ali Məhkəmədən istəyi var

ADR sədrindən xitam sərəncamı

“Mübarizədə bundan sonra da varıq”

ADR-də müzakirə, planlar

ADR Partiyası yenidən təsis olunur

ADR-in işi beynəlxalq rəydə

“Hər kəs cavab verəcək”

ADR Partiyasının müraciət planları

Kreml “TikTok”u zəbt edib

  • 12 İyun 2023
  • comments

Yeni mövsüm havası

  • 12 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda