• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ələt Azad İqtisadi Zonasında siftə

  • 09 İyun 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyunun 9-da prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, zonanın ümumi sahəsi 850 hektardır: “60 hektar ərazidə tikinti işlərinə başlanıb və bir sıra işlər görülüb. İnvestorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.

Ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək.

138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanması planlaşdırılır”.

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına 2016-cı ildə qərar verilib. 2018-ci ildə “Ələt azad iqtisadi zonası haqqında” qanun qəbul edilib. 2021-ci il iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinə Valeh Ələsgərov sədrlik edir. 1946-cı il təvəllüdlü Valeh Ələsgərov mühəndisdir. 1970-ci ildən neft-qaz sənayesində məsul vəzifələr tutub. 2005-2020-ci illərdə Milli Məclis sədrinin müavini olub.

Yoxlamaların tənzimlənməsi: təklif rəsmiləşir

  • 09 İyun 2023
  • comments

Ərdoğan gəlir

  • 09 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda