• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pensiya statistikası niyə dolaşıqdır?

  • 05 İyun 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İyunun 2-də jurnalistlərə danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, pensiya yaşına çatanların 70-75 faizi pensiya hüququ qazanır.

Ancaq həmin rəqəmin 30-40 faiz həndəvərində olduğunu iddia edənlər də var.

Novator.az-ın məlumatına görə, iqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev fərqli statistikanın rəsmi bilgilərin açıqlanmamasından doğduğunu yazır. O qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il nə qədər şəxsin pensiya hüququ qazandığını, neçə nəfərin pensiyaçı siyahısından çıxdığını açıqlamalıdır: “Bu rəqəmlər olmadan pensiyaçı sayının dinamikasında dəyişikliklərin mənbəyini görmək mümkün deyil… Pensiyaçıların sayını yaşa görə açıqlamırlar. Nə çətin məsələdir pensiya alanların sayını yaş qrupu üzrə təqdim etmək?

Yaxud pensiyaların məbləğini intervallar üzrə açıqlamaq niyə çətin olsun? Məsələn, neçə nəfər minimum pensiya, neçə nəfər 300-350 manat, neçə nəfər 400-450 manat intervalında, neçə nəfər 1000 manatdan yüksək pensiya alır? Yaxud median pensiya məbləği, yəni pensiyaçıların ilk yarısı ilə ikinci yarısını birləşdirən pensiya məbləği nə qədərdir? Niyə bu bilgilər cəmiyyətə açıq informasiya olmasın? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür təfsilatlı pensiya statistikası yaysa, nə ictimaiyyət arasında yanlış iddialar dolaşar, nə də qurum özü rəqəmlərlə manipulyasiya edə bilər”.

2023-cü il aprelin 1-nə pensiyaçıların sayı 1 milyon 101,9 min nəfər, pensiyaların orta məbləği 432,3 manat göstərilib.

Minimum pensiya 280 manatdır.

Ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2023-cü il üçün 40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat müavinət verilir.

Avropa Məhkəməsindən yeni cərimələr

  • 05 İyun 2023
  • comments

Üfüqdə kasıblıq

  • 05 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda