Novator.az Ədliyyə Nazirliyinin saytında populyar adların rəsmi siyahısına nəzər salıb.
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda doğulmuş qız uşaqlarına ən çox Zəhra adı qoyulub: 621 nəfər.
Məryəm adı 543, Aylin adı 480 qıza məsləhət görülüb.
İlk onluqda Zeynəb (451 uşaq), Nilay (423), Fatimə (420), Mələk (400), Ayla (390), İnci (321), Nuray (297) adları da var.
Oğlan adları içində Uğur birincidir: bu adı beş ayda 692 uşaq alıb.
671 oğlana Əli, 570 oğlana Yusif adı verilib.
Qalan populyar oğlan adları belə sıralanır: Hüseyn (529 uşaq), Məhəmməd (420), Ömər (383), Raul (379), Murad (338), Adəm (303), Ayxan (267).