2022-ci ildə Gürcüstan əhalisinin aylıq gəlirləri aylıq xərclərini 42 milyon lari üstələyib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Statistika Xidməti 2021-ci ilə nəzərən aylıq gəlirlərin 17,3 faiz, aylıq xərclərin 20,3 faiz artdığını bildirir.
Adambaşına orta aylıq gəlir 432,7 lari, orta aylıq xərc 420,7 lari göstərilir.
Statistikaya əsasən, 2022-ci ildə əhalinin aylıq gəlir mənbələri belə sıralanıb: əməkhaqqı; pensiya, yardım və təqaüdlər; fərdi məşğulluq; hədiyyələr; kənd təsərrüfatı məhsullarının satışı; xaricdən pul köçürmələri; yaşayış yerinin icarəyə verilməsi.
Ən çox xərci ərzaq, içki, siqaret; tibbi xidmətlər; kommunal ödənişlər; nəqliyyat; geyim, ayaqqabı və məişət əşyaları; təhsil xərcləri aparıb.