2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 11870 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, nikahlar 2022-ci ilin ilk rübünə nəzərən 20,3 faiz azalıb, əhalinin hər 1000 nəfərinə 4,7 nikah düşüb.
Novator.az bildirir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə əhalinin hər 1000 nəfərinə nikah göstəricisi 10,4 olub. Bu, mütləq rekorddur.
1992-ci ildə hər 1000 nəfərə 9,5 nikah, 1993-cü ildə 8,1 nikah, 1994-cü ildə 6,3 nikah, 1995-ci ildə 5,7 nikah, 1996-cı ildə 5,5 nikah, 1997-ci ildə 6,1 nikah, 1998-ci ildə 5,2 nikah, 1999-cu ildə 4,7 nikah, 2000-ci ildə 5 nikah rəsmiləşib.
2001-ci ildə hər 1000 nəfərə 5,2 nikah, 2002-ci ildə 5,1 nikah, 2003-cü ildə 6,8 nikah, 2004-cü ildə 7,5 nikah, 2005-ci ildə 8,5 nikah, 2006-cı ildə 9,4 nikah, 2007-ci ildə 9,5 nikah, 2008-ci ildə 9,2 nikah, 2009-cu ildə 8,8 nikah, 2010-cu ildə 8,9 nikah sənədləşib.
2011-ci ildə hər 1000 nəfərə 9,7 nikah, 2012-ci ildə 8,6 nikah, 2013-cü ildə 9,3 nikah, 2014-cü ildə 9 nikah düşüb.
2015-ci ildə rəsmi göstərici 7,2-yə, 2016-cı ildə 6,9-a, 2017-ci ildə 6,5-ə, 2018 və 2019-cu illərdə 6,4-ə enib.
2020-ci ildə hər 1000 nəfərə 3,5 nikah qeydə alınıb. Bu kəskin azalma koronavirus pandemiyası fonunda tətbiq edilən toy qadağasından irəli gəlib. Azərbaycanda toy mərasimləri həmin il martın 16-dan 2021-ci il iyulun 1-dək yasaq altında olub.
2021-ci ildə hər 1000 nəfərə 5,6 nikah rəsmiləşib, 2022-ci ildə göstərici 6,1-ə yüksəlib.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.