26 iyun (bazar ertəsi) Silahlı Qüvvələr Günü, 28-29 iyun (çərşənbə-cümə axşamı) Qurban bayramı qeyd olunacaq. Bir həftəyə üç bayram günü düşdüyünü nəzərə alan Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişib. Mayın 25-də verilən qərara görə, 24-25 iyun (şənbə-bazar) iş günləri, 27 iyun (çərşənbə axşamı) və 30 iyun (cümə) qeyri-iş günləri olur.