• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Britaniya: etnik azlıqlar nədən gileylənir?

  • 24 May 2023
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Böyük Britaniyanın Vestminster Universiteti tibbi yardıma ehtiyac duyan etnik azlıqların problemlərlə qarşılaşıdığını üzə çıxarıb. Novator.az Britaniyanın “Journal of Nursing Practice” elektron nəşrinə istinadla bildirir ki, universitetin hesabatında etnik azlıqları təmsil edən pasiyentlərin çoxunun ayrı-seçkiliyə məruz qaldığı, onların tibb işçilərinin xoş rəftarına ehtiyacı olduğu vurğulanır. Qeyd olunur ki, səhiyyə işçisinin isti münasibəti pasiyentin səhhətinə müsbət təsir edən faktordur: “Amma etnik azlıqların nümayəndələri tibb ocaqlarında soyuq münasibət gördüklərini, ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər”.

Problemin əvvəllər də diqqət çəkdiyini xatırladan tədqiqatçılar bu istiqamətdə məsələ qaldırılsa da, həllini tapmadığını qeyd edirlər.

Alimlər bildirirlər ki, onların tədqiqatında əsas məqsəd sosial-mədəni faktorların tibb xidmətinə, daha dəqiqi, onkoloji xəstəliklərdən və psixi pozuntulardan əziyyət çəkən etnik azlıq nümayəndələrinin aldığı müalicəyə təsirini öyrənmək, eyni zamanda psixoloji yardım səviyyəsini yaxşılaşdırmağın müalicə prosesinə nə dərəcədə kömək edə biləcəyini müəyyənləşdirmək olub. Xəstələrlə səhiyyə işçiləri arasında əlaqənin xarakterinin, keyfiyyətinin araşdırılmasının nəticələri göstərib ki, pasiyentlər problemlərini anladarkən tibb işçilərinin onları doğma insan kimi duymasını istəyirlər. Tədqiqat iştirakçılarından biri alimlərə deyib ki, onları dinləyəcək, onlara dərdini anlatmağa imkan verəcək peşəkarlara ehtiyac var.

Nəticələr konsultasiya zamanı pasiyentlə danışıq tərzinin böyük önəmi olduğunu təsdiqləyib. Bildirilir ki, pasiyentlər doğma, isti münasibətə çox əhəmiyyət verirlər: “Pasiyentə dost, yaxud ailə üzvü kimi yanaşan səhiyyə işçiləri lazımi tibbi prosedurları daha rahat həyata keçirə bilirlər”. Tədqiqata cəlb olunan bir sudanlı pasiyent belə deyib: “Sevgimi qazanmayan tibb işçisinə dərdimi tam anlada bilmərəm”.

Oksford Universitetinin professoru Kem Bui bildirib ki, tibbi konsultasiya zamanı isti və nikbin münasibətə müalicə metodunun tərkib hissəsi kimi baxılmalıdır və buna mane olan faktorlar müəyyən edilib aradan qaldırılmalıdır.

Vestminster Universiteti tədqiqatçılarının qənaətinə görə, səhiyyə işçilərinin etnik qruplardan olan xəstələrə daha yaxşı qayğı göstərməyi, onlarla daha isti münasibət qurmağı öyrənmələri üçün xüsusi təlimlərin keçirilməsinə ehtiyac var.

Tədqiqatın aparıcı siması, Vestminster Universitetinin professoru Demien Ric qeyd edib ki, əslində söhbət adi insani münasibətdən gedir: “Ancaq təəssüf ki, etnik azlıqlardan olan pasiyentlərə gələndə bəzən bu nüanslar yaddan çıxır. Peşəkarlar bunun fərqinə varsalar, etnik qrupları təmsil edənlərə daha yaxşı tibbi xidmət göstərmiş olarlar”.

Mənbə: Nursing İn Practice

İnformasiyanın mühafizəsi: yeniliklər imzalandı

  • 23 May 2023
  • comments

Dayanan və qalan partiyalar

  • 24 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Viran vücuddan qaçış

GLOBALS:0

Tags

  • Araşdırma
  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda