Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin ilk rübü Azərbaycanda 27753 (ötən ilin yanvar-mart aylarına nəzərən 5,1 faiz az) doğum qeydə alınıb.
Hər 1000 nəfərə doğum 11,1 göstərilir. Bakıda bu rəqəm 10,1, paytaxtın Xətai rayonunda 11,3, Suraxanı rayonunda 11,8, Yasamal rayonunda 12,4, Qaradağ rayonunda 16,4-dür.
Naxçıvan Muxtar Respublikasında hər 1000 nəfərə 8,5, bölgənin Kəngərli rayonunda 11 doğum rəsmiləşib.
Sumqayıtda göstərici 7,5, Abşeron rayonunda 6, Xızıda 13,9, Ağsuda 12,2, İsmayıllıda 12,1, Qobustanda 18,2, Şamaxıda 13,1, Gəncədə 8,1, Naftalanda 12,3, Daşkəsəndə 11,5, Goranboy və Göygöldə 12,7, Samuxda 12,5, Ağcabədi və Xocalıda 17,3, Ağdamda 14,8, Bərdədə 11,5, Füzulidə 12,9, Xocavənddə 17, Şuşada 12,6, Qazax və Tovuzda 11,8, Şəmkirdə 11,6, Xaçmazda 12, Qubada 13, Siyəzəndə 12,2, Şabranda 13,5, Astara və Cəlilabadda 15,6, Lerikdə 13,7, Yardımlıda 16,6, Mingəçevirdə 11,3, Ağdaşda 11,5, Göyçayda 11,7, Kürdəmirdə 12,7, Ucarda 11,2, Yevlaxda 12,4, Zərdabda 11,9, Beyləqanda 13, İmişlidə 13,2, Saatlıda 12,2, Sabirabadda 14,8, Qəbələdə 12,6, Cəbrayılda 11,5, Kəlbəcərdə 16,3, Qubadlıda 14,2, Laçında 16,1, Biləsuvarda 16, Hacıqabulda 12,3, Salyanda 13-dür.