Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 13,5 faiz artıb, içkilər və tütün məmulatları 16,6 faiz, qeyri-ərzaq məhsulları 11,8 faiz, ödənişli xidmətlər 10,7 faiz bahalaşıb.
Novator.az bildirir ki, inflyasiya göstəricilərinə diqqət çəkən iqtisadçı Rövşən Ağayev ekspertlərin qiymət artımlarının ölkədə sosial vəziyyətə real təsirlərini müstəqil ölçmək imkanlarının olmadığını yazır: “Bu məsələdə rəsmi statistika acizlik göstərir. İnflyasiyanın yoxsulluğa real təsirlərinin obyektiv ölçülməsini, nəticələrin hər rüb bütün bölgələr, demoqrafik qruplar, işləyən və işləməyən əhali, uşaqlar və fiziki məhdudiyyətli şəxslər üzrə ayrı-ayrılıqda açıqlanmasını nəzərdə tuturam. Daha uzunmüddətli dövr (2-3 il) üçün inflyasiyanın sərvət və gəlir bölgüsünə təsirinin ölçülməsi də rəsmi statistikanın vacib öhdəliyidir. Çünki inflyasiyanın zəngini daha zəngin, yoxsulu daha da yoxsul etmək təbiəti var.
Yanvar-aprel ayları üzrə rəsmi statistikaya əsasən, idxal inflyasiyası 21 faizi ötüb. İlik inflyasiya 14 faizə yaxın, qida inflyasiyası 15 faizdən çoxdur.
İlk rübün nəticələrinə görə, idxalın real həcmi 4 faiz azalıb, amma qiymət artımı hesabına idxalın dəyəri 20 faizdən çox artıb.
Rəsmi statistika onu da etiraf edir ki, ilk dörd ayda orta maaşın bir il öncəyə nisbətən nominal olaraq 11 faizdən bir qədər çox artması müqabilində illik inflyasiya 14 faizə yaxınlaşıb – yəni reallıqda maaşlar 2 faizdən çox azalıb”.
Ümumi daxili məhsulun dörd ayı, tarixi