Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin sayı 2023-cü il aprelin 1-nə 10 milyon 138,5 min nəfəri ötüb (Rusiya hərbi kontingentinin nəzarətindəki ərazilərin əhalisini çıxmaqla). Novator.az bildirir ki, Bakının əhalisi 2 milyon 338,5 min, Abşeron rayonunun əhalisi 431,8 min, Sumqayıtın əhalisi 426,2 min, Gəncənin əhalisi 330,3 min nəfər göstərilir.
Lənkəranda 226,8 min, Masallıda 225,6 min, Şəmkirdə 216,4 min, Cəlilabadda 215,4 min, Şəkidə 183,6 min, Sabirabadda 179,1 min, Ağdamda 178,8 min, Tovuzda 175,9 min, Xaçmazda 173,7 min, Qubada 169,3 min, Bərdədə 156,1 min nəfər əhali qeydə alınıb.
Əhalisi 100 min nəfəri ötən başqa bölgələr belə sıralanır:
Salyan – 138,8 min nəfər
Ağcabədi – 135,4 min
İmişli – 131 min
Füzuli – 130,2 min
Zaqatala – 129,7 min
Yevlax – 128,5 min
Göyçay – 118 min
Kürdəmir – 117,9 min
Şərur – 112,4 min
Astara – 111,2 min
Saatlı – 109,9 min
Qəbələ – 108,2 min
Ağdaş – 106,5 min
Biləsuvar – 105,8 min
Şamaxı – 105 min
Mingəçevir – 102,5 min
Qusar – 101,8 min
Goranboy – 101,4 min
Beyləqan – 101,1 min
Gədəbəy – 100,8 min
Balakən – 100,3 min.