• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kiçik banklar qurban gedir

  • 18 May 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Mərkəzi Bank mayın 17-dən “Günay Bank” ASC-nin lisenziyasını ləğv edib, onun müflisləşmə yolu ilə ləğvi üçün məhkəməyə üz tutub. banka müvəqqəti inzibatçı təyin olunub.

1992-ci ildə qurulan “Günay Bank”ın bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6 faiz, kredit portfelində 1 faiz, sektorun öhdəliklərində 0,5 faiz göstərilir.

Novator.az-ın məlumatına görə, iqtisadçı alim, siyasətçi Qubad İbadoğlu yazır ki, “Günay Bank”ın gedişi ilə bankların sayı 25-dən 24-ə düşür: “Bu qərar bank sektorunda inhisarlaşma meyillərini daha da gücləndirəcək və kiçik banklara müştəri etimadını aşağı salacaq.

“Günay Bank”da sığortalanan əmanətlərin 38,5 milyon manat olduğu bildirilir. Ümumi depozitlərin həcmi 108,5 milyon manatı ötür. Bu halda kompensasiya oluna bilməyən 70 milyondan manatdan çox əmanətin taleyi ilə bağlı suallar yaranır. Çox güman, “Günay Bank”ın əmanətçiləri vəsaitlərini oradan götürüb iri banklarda yerləşdirəcəklər.

Ölkənin ən böyük üç bankı – Azərbaycan Beynəlxalq Bankı, “Paşa Bank”, “Kapital Bank” son illər bazar payını artırır. Ötən il 2019-cu illə müqayisədə ən böyük üç bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65 faizə, depozit portfeli üzrə bazar payı 13 faiz bəndi artaraq 70 faizə, kredit portfeli üzrə bazar payı 8 faiz bəndi artaraq 48 faizə çatıb. Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır. Hər üç bank hakim ailənin nəzarətindədir.

Mərkəzi Bank 17 may açıqlamasında qeyd edir ki, kiçik bankın bağlanması bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Belə çıxır ki, iri bankların hökmran mövqeyini möhkəmləndirmək üçün xırda banklar qurban veriləcək”.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manatdır (xarici valyutada 100 min manat ekvivalentində). Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitlərin maksimum 20 min manatı, notariusların depozit hesablarında qalmış, fiziki şəxslərə məxsus pul vəsaitləri tam məbləğdə sığortalanır.

Zamin Salayev xəbərdarlığı

  • 18 May 2023
  • comments

Hansı ölkələr Azərbaycandan neft alır?

  • 18 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda