Mayın 17-nə olan beynəlxalq statistikaya görə, 197 ölkə və ərazidə 20,7 milyondan çox koronavirus xəstəsi var. Novator.az bildirir ki, ilk onluqda Rusiya da yer alır: 178807 xəstə.
İranda 121267, Moldovada 104164, Estoniyada 90227, Gürcüstanda 46580 nəfər müalicə altındadır.
Aktiv xəstə sayı Qazaxıstanda 14963, Özbəkistanda 10164, Ukraynada 8898, Qırğızıstanda 7491, Ermənistanda 5153, Litvada 1452, Belarusda 1327, Tacikistanda 397, Latviyada 194 nəfər göstərilir.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Milli hesabata əsasən, indiyədək 831678 nəfər yoluxub, onların 10268-i vəfat edib, 86-sı aktiv xəstədir, qalanları sağalıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilin statistikası belədir: yanvar – 1543 yoluxma, 77 ölüm, fevral – 604 yoluxma, 34 ölüm, mart – 1176 yoluxma, 63 ölüm, aprel – 1656 yoluxma, 59 ölüm, may – 298 yoluxma, 27 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 411 min nəfərə bir, 4 milyon 882,8 min nəfərə iki, 3 milyon 403,1 min nəfərə azı üç, 266,1 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.