Türkiyədə mayın 14-ü prezident seçkisi ilə birgə keçirilmiş parlament seçkisində 121 qadın mandat alır, zərif cinsin qanunverici orqanda təmsilçiliyi 20,1 faizə çatır. Bu, 1923-cü ildə respublika elan olunandan bəri ən yüksək həddir.
Novator.az bildirir ki, ilkin hesabata görə, 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinə Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər olub) 50 qadın seçilir.
Cümhuriyyət Xalq Partiyası (Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyası və Türkiyə İslahat Partiyasından da namizədlər vermişdi) yeni parlamentdə 30 qadınla təmsil olunacaq.
Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər olub) da parlamentə 30 qadın göndərir.
Yaxşı Partiyadan 6, Milliyyətçi Hərəkat Partiyasından 4, Türkiyə Fəhlə Partiyasından 1 qadın mandat götürür.
Türkiyə seçkilərinin ilkin nəticələri