• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məşhur muzeylər qadınları irəli çəkir – “Nyu-York Tayms”

  • 03 May 2023
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Dünyanın böyük muzeylərində qadın rəhbərlərin sayı artır. ABŞ-ın “Nyu-York Tayms” qəzeti belə yazır.

Novator.az-ın məlumatına görə, qəzet qeyd edir ki, 2021-ci ildə Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyinə Lourens de Karsın direktor təyin olunması tarixi hadisə kimi qarşılanıb: “De Kars əsası 1793-cü ildə qoyulan, dünyanın ən çox ziyarət olunan bu muzeyində ilk qadın direktordur”.

“Nyu-York Tayms” vurğulayır ki, siyahı bununla bitmir: “Son bir neçə ildə Böyük Britaniyanın paytaxtı Londonda, Liverpul şəhərində və Kornuol qraflığında yerləşən dörd muzeyin daxil olduğu Teyt Qalereyasına, ABŞ-ın paytaxtı Vaşinqtondakı Milli İncəsənət Qalereyasına, Nyu-York şəhərindəki Bruklin Muzeyinə, Pensilvaniya ştatının Filadelfiya şəhərindəki, Missuri ştatının Sent-Luis şəhərindəki incəsənət muzeylərinə, bir sıra Vatikan muzeyinə qadın direktorlar təyin edilib”.

2022-ci ildə Filadelfiya İncəsənət Muzeyinin direktoru təyin olunmuş Saşa Suda “Nyu-York Tayms”a deyib ki, bəşəriyyətin 51 faizini qadınlar təşkil edir: “Ancaq rəhbər postlarda xanımlar hələ də azlıqdadır, bu da ciddi suallar doğurur”.

30 ilə yaxın Amerika Təbiət Tarixi Muzeyinə rəhbərlik etmiş, 2023-cü ilin mart ayında istefaya getmiş Ellen V. Futter “Nyu-York Tayms”a bildirib ki, muzey direktoru vəzifəsinə təyin edilən qadınların sayının artması onu çox sevindirir: “Mən bu ənənənin genişlənməsindən olduqca məmnunam. Qadın direktorların uğuruna sevinir, onlarla fəxr edirəm”.

“Nyu-York Tayms” yazır ki, muzeylərdə rəhbər vəzifə tutan qadınların çoxu biri-biri ilə dostluq münasibəti qurub: “Onlar özlərini eyni qrupun nümayəndələri kimi hiss edirlər”.

2017-ci ildən Teyt Qalereyasının direktoru kimi dörd muzeyə rəhbərliyi həyata keçirən Mariya Bolşou “Nyu-York Tayms”a deyib ki, muzey direktoru olan qadınların əksəri eyni nəslin nümayəndəsidir: “Hamımızın yaşı 50-ni ötüb, böyük təcrübəmiz var və karyera yolunda bir-birimizi dəstəkləyirik”.

Mariya Bolşou onu da bildirib ki, son zamanlar muzey direktoru olan qadınların sayı artsa da, bu sahədə kişi direktorlar hələ çoxluqdadur.

2019-cu ildən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına rəhbərlik edən Keyvin Feldman qeyd edib ki, İncəsənət Muzeyi Direktorları Assosiasiyasında qadınlardan ibarət bir qrup formalaşıb və bu qrupun üzvləri vaxtaşırı ayrıca görüşürlər.

“Nyu-York Tayms” yazır ki, 2022-ci ildə aparılmış tədqiqat Şimali Amerika muzeylərində çalışanların 75 faizindən çoxunun qadınlar olduğunu üzə çıxarıb. Tədqiqat 2015-ci illə müqayisədə muzeylərin rəhbərliyində təmsil olunan qadınların sayının 8 faiz artdığını da göstərib. 2015-ci ildə Şimali Amerika muzeylərinin 58 faizinin rəhbərliyində qadınlar olub. 2022-ci ildə bu göstərici 66 faizə qalxıb.

“Nyu-York Tayms” qeyd edir ki, ABŞ-dakı qadın muzey direktorlarının əksəri ağdərilidir: “Amma istisnalar da var. Nyu-Yorkdakı Harlem Muzey-Studiyasına uzun müddətdir qaradərili Telma Qolden rəhbərlik edir. Ohayo ştatının mərkəzi Kolumbus şəhərində yerləşən incəsənət muzeyinə bu yaxınlarda qaradərili Bruk A. Minto direktor təyin olunub. 2023-cü ilin əvvəlindən Baltimor İncəsənət Muzeyinə rəhbərlik edən Əsma Naim əslən Pakistandan, 2021-ci ildən Sent-Luis İncəsənət Muzeyinin direktoru olan Min Yunq Kim isə Cənubi Koreyadandır”.

Mənbə: Nytimes.com

Pensiyaçıların banklara borcu artıb

  • 03 May 2023
  • comments

Media azadlığı reytinqi

  • 03 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Araşdırma
  • Cəmiyyət
  • Gender
  • Hüquq
  • Mədəniyyət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda