Mayın 2-si Qaradağ Rayon Məhkəməsində AXCP funksioneri Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, hakim Rufan Mürsəlovun sədrlik etdiyi prosesdə Zamin Salayevin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb, ancaq istəyi təmin olunmayıb.
Məhkəmə istintaqının mayın 11-də başlanmasına qərar verilib.
Nemət Kərimli Zamin Salayevin aclığı davam etdirdiyini, səhhətinin çox ağırlaşdığını vurğulayıb.
Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib
“Bu zorakılıq dövlətimizi hörmətdən salır”
Zamin Salayev qərarından şikayət verilib
Əli Kərimli Zamin Salayevə səsləndi
Zamin Salayevin istintaqı bitib
Milli Şuranın Zamin Salayevə müraciəti