• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Biabırçılıqdan xilas

  • 02 May 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli məhbus partiyadaşı Zamin Salayevdən yazıb.

Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.

Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin işi üzrə hazırlıq iclasını mayın 2-nə təyin edib.

Novator.az-ın məlumatına görə, Əli Kərimli Zamin Salayevə ittihamın saxtalığının tam üzə çıxdığını vurğulayır: “Vəkil Nemət Kərimli ortaya elə bir fakt qoyub ki, Zamin bəyin şərləndiyinə şübhə qalmır. İttihama əsasən, guya Zamin bəy Lökbatan dairəsində bir şəxsə bıçaqla xəsarət yetirərək xuliqanlıq edib. Cinayət hadisəsinin guya baş verdiyi yerdə, təxminən 30 metr radiusunda səkkiz müşahidə kamerası var, onların ikisinin çəkiliş radiusu təxminən 500 metrdir. Lakin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kameralar işlək vəziyyətdə olmayıb. Çox sadə məntiq deyir ki, cinayət törədilən balaca bir ərazidə səkkiz müşahidə kamerasının heç birində çəkiliş yoxdursa, ya bu cinayəti elə kameraları söndürmək səlahiyyəti olan rəsmilər özü törədib, ya da bu cinayət hadisəsi heç olmayıb, uydurulub. İndiki halda Zamin bəyin törətdiyi iddia olunan cinayət hadisəsi heç olmayıb. İttiham saxtadır və tam olaraq uydurulub. Kamera görüntüləri də ona görə “yoxa çıxıb” ki, cinayətin olmadığını sübut edəcəkdi.

Azərbaycan hakimiyyəti özünü bu qədər rüsvay etməməlidir. Zamin bəyi azad edib özünü də, toplumu da bu biabırçılıqdan xilas etməlidir”.

Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Zamin Salayev tutulub

AXCP sədri Zamin Salayevdən yazıb

Zamin Salayev: məhkəmə qərar verdi

Zamin Salayev qərarından dönmür

Zamin Salayev 8 kiloqram arıqlayıb

Cəbhəçidən quru aclıq anonsu

Əli Kərimli: “Biganə qalmamalıyıq”

Zamin Salayev oğluna nədən gileylənib?

Əli Kərimli Zamin Salayevə müraciət edib

Cəbhəçi aksiyadan çəkilmir

Ev dustaqlığı cəhdi

Azadlıq çağırışı

Vəkil Zamin Salayevə baş çəkib

Zamin Salayevin davası

Zamin Salayev yeriyə bilmir

Vəsatət yolda qalıbmış…

Zamin Salayev həbsdə qaldı

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

Zamin Salayev qərarından şikayət verilib

Əli Kərimli Zamin Salayevə səsləndi

Zamin Salayevi buraxmadılar

Zamin Salayevdən nə xəbər?

Zamin Salayevin istintaqı bitib

Milli Şuranın Zamin Salayevə müraciəti

Zamin Salayev prosesi başlayır

Kövrək ümidlər

Koronavirus statistikası

  • 02 May 2023
  • comments

İctimai Teleradio: Yayım Şurasının sədri dəyişir

  • 02 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda