Qaqauz muxtariyyətində seçki ikinci tura qalıb
- 01 May 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunda (Qaqauz Yeri) başqan seçkisi ikinci tura qalıb. Novator.az bildirir ki, aprelin 30-da 8 namizədin iştirakı ilə keçirilmiş ilk turda Qriqori Uzun və Yevgeniya Qutsul önə çıxıblar.
İkinci tur mayın 14-nə təyin olunub.
Başqan 4 il müddətinə seçilir. 2015 və 2019-cu illərin başqan seçkisində İrina Vlax qalib gəlib.
Qaqauzlar türkdilli xristianlardır. Onların sıx yaşadığı əraziyə – Moldovanın cənubuna 23 dekabr 1994-cü ildə muxtariyyət statusu verilib. Bölgənin paytaxtı Komrat şəhəridir.
Qaqauz Yerində bolqarlar, moldavanlar, ruslar, ukraynalılar və başqa millətlər də yaşayır.