• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gellap: Rusiya dünyanın gözündən düşüb

  • 26 Aprel 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiXəbər

ABŞ-ın Gellap İnstitutu Rusiya ilə bağlı sorğusunun nəticələrini açıqlayıb.

Novator.az bildirir ki, 2022-ci ildə 137 ölkə və ərazidə aparılmış sorğuya görə, respondentlərin orta hesabla 57 faizi Rusiya hakimiyyətinin addımlarını bəyənmir. 2021-ci ildə analoji göstərici 38 faiz olub.

Hesabata əsasən, 2021-ci ildə respondentlərin 33 faizi Rusiya hakimiyyətinin addımlarından razı olduğunu bildirmişdi, 2022-ci ildə bu göstərici 21 faizə düşüb.

Gellap İnstitutu 2022-ci il sorğusunun nəticələrini Rusiyanın qlobal qınağa məruz qalması, bu ölkənin dünyanın gözündən düşməsi kimi qiymətləndirir.

İnstitut vurğulayır ki, 2022-ci il sorğusu zamanı Norveç və İsveçdə respondentlərin 96 faizi, Polşada 95 faizi, ABŞ və İslandiyada 93 faizi, Finlandiya və Böyük Britaniyada 92 faizi, Kanada, İspaniya, Portuqaliya və Litvada 91 faizi, Avstraliyada 90, Yeni Zelandiyada 89, Almaniyada 88, Gürcüstanda 85, Estoniyada 84, Cənubi Koreyada 81, Yaponiyada 79, Latviyada 78, Braziliyada 75, Argentinada 68, Türkiyədə 59, Ermənistanda 58, Qazaxıstanda 50 faizi Rusiya hakimiyyətini qınayıb.

Azərbaycan və İranda Rusiya hakimiyyətinin addımlarını bəyənməyənlər 46 faiz göstərilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.

Mənbə: Gallup.com

Nağd pul kütləsi nə qədər artıb?

  • 26 Aprel 2023
  • comments

Dörd ayın 20 populyar adı

  • 27 Aprel 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda