• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuranın Zamin Salayevə müraciəti

  • 20 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi məhbus AXCP fəalı Zamin Salayevə müraciət edərək aclıq aksiyasını dayandırmasını istəyib. Novator.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, hakimiyyətin susqunluğu ilə Zamin Salayev ölümə sürüklənir, bu qəddarlıq ikrah hissi yaradır: “Zamin bəy, sən də inadına yaşa. Dayandır aclıq aksiyasını. Sənin azadlıq naminə ölümü gözə aldığını hamımız gördük. Sən artıq qalibsən. Sarsılmaz, dəmir iradənlə qalibsən. Artıq yetər, dayandır aclığı. Ölümünlə səni sevənləri məyus etmə, zalımları sevindirmə. Sən zatən azad insansan. Sən yaşamalısan!”

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.

Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir. Aclıq müddətində cəbhəçinin 38 kiloqram çəki itirdiyi, orqanizmində ciddi problemlər yarandığı bildirilir. Təkidli xahişlərə baxmayaraq cəbhəçi aclığı dayandırmır.

Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Zamin Salayev tutulub

AXCP sədri Zamin Salayevdən yazıb

Zamin Salayev: məhkəmə qərar verdi

Zamin Salayev qərarından dönmür

Zamin Salayev 8 kiloqram arıqlayıb

Cəbhəçidən quru aclıq anonsu

Əli Kərimli: “Biganə qalmamalıyıq”

Zamin Salayev oğluna nədən gileylənib?

Əli Kərimli Zamin Salayevə müraciət edib

Cəbhəçi aksiyadan çəkilmir

Ev dustaqlığı cəhdi

Azadlıq çağırışı

Vəkil Zamin Salayevə baş çəkib

Zamin Salayevin davası

Zamin Salayev yeriyə bilmir

Vəsatət yolda qalıbmış…

Zamin Salayev həbsdə qaldı

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

Zamin Salayev qərarından şikayət verilib

Əli Kərimli Zamin Salayevə səsləndi

Zamin Salayevi buraxmadılar

Zamin Salayevdən nə xəbər?

Zamin Salayevin istintaqı bitib

Gülbaharın şahidliyi – “Vaşinqton Post”

  • 20 Aprel 2023
  • comments

Qapı niyə bağlıdır?

  • 20 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda