AXCP funksioneri Zamin Salayev aclıq aksiyası müddətində 38 kiloqram çəki itirib, çox zəifləyib. Aprelin 19-u Bakı İstintaq Təcridxanasında məhbusa baş çəkən vəkil Fəxrəddin Mehdiyev “Turan”a belə deyib.
Vəkilin sözlərinə görə, aprelin 18-də Zamin Salayev ayrıca kameraya köçürülərək həkim nəzarətinə götürülüb: “Zaminin mədəsində, ürəyində şiddətli ağrılar var, ayaq üstə durmağa çətinlik çəkir, amma təkidli xahişlərə baxmayaraq aclığı dayandırmaq fikrində deyil”.
Fəxrəddin Mehdiyev Zamin Salayevin işi üzrə ibtidai istintaqın bitdiyini əlavə edib.
Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Novator.az bildirir ki, Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib
“Bu zorakılıq dövlətimizi hörmətdən salır”
Zamin Salayev qərarından şikayət verilib