Ümumi hesabata görə, Azərbaycanda 830619 nəfər koronavirusa yoluxub, onların 10202-si vəfat edib, 490-ı aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Novator.az bildirir ki, 2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilin statistikası belədir: yanvar – 1543 yoluxma, 77 ölüm, fevral – 604 yoluxma, 34 ölüm, mart – 1176 yoluxma, 63 ölüm, aprel – 895 yoluxma, 20 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 409,2 min nəfərə bir, 4 milyon 880,3 min nəfərə iki, 3 milyon 402,4 min nəfərə azı üç, 266 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.