• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zamin Salayevdən nə xəbər?

  • 13 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Vəkil Fəxrəddin Mehdiyev aprelin 12-si Bakı İstintaq Təcridxanasında AXCP funksioneri Zamin Salayevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, aclıq aksiyası Zamin Salayevi tam üzüb, o, sərbəst yeriyə bilmir, orqanizmində tükənmə gedir, bədənində yaralar açılır, ancaq hələ də tibbi-sanitar bölümə keçirilməyib.

Fəxrəddin Mehdiyev Zamin Salayevin aclığı dayandırmaq niyyətində olmadığını əlavə edib.

Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.

Onun ev dustaqlığına buraxılmasına cəhdlər fayda verməyib.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, aclıqla ölüm-dirim mübarizəsi verən Zamin Salayevin azyaşlı övladları var: “Zamin bəy hakimiyyətdən xalqın haqqını tələb etdiyi, el-oba təəssübü çəkdiyi, harın məmurları ifşa etdiyi üçün onu məhv etmək, övladlarını gözüyaşlı qoymaq istəyirlər. Buna imkan verməməliyik”.

Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Zamin Salayev tutulub

AXCP sədri Zamin Salayevdən yazıb

Zamin Salayev: məhkəmə qərar verdi

Zamin Salayev qərarından dönmür

Zamin Salayev 8 kiloqram arıqlayıb

Cəbhəçidən quru aclıq anonsu

Əli Kərimli: “Biganə qalmamalıyıq”

Zamin Salayev oğluna nədən gileylənib?

Əli Kərimli Zamin Salayevə müraciət edib

Cəbhəçi aksiyadan çəkilmir

Ev dustaqlığı cəhdi

Azadlıq çağırışı

Vəkil Zamin Salayevə baş çəkib

Zamin Salayevin davası

Zamin Salayev yeriyə bilmir

Vəsatət yolda qalıbmış…

Zamin Salayev həbsdə qaldı

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

Zamin Salayev qərarından şikayət verilib

Əli Kərimli Zamin Salayevə səsləndi

Zamin Salayevi buraxmadılar

Daha bir partiya sıradan çıxdı

  • 13 Aprel 2023
  • comments

Rəqabət məlhəmi

  • 13 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda