Aprelin 6-na olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6,8 milyondan çox şəxsin həyatına son qoyub. Novator.az bildirir ki, yaxın ölkələrdən ən çox Rusiya itki verib: 397420 nəfər.
İranda infeksiyadan 145220, Ukraynada 111558, Türkiyədə 101492 ölüm rəsmiləşib.
Gürcüstanda vəfat edənlərin sayı 17019, Qazaxıstanda 13848, Moldovada 12086, Litvada 9642, Ermənistanda 8739, Belarusda 7118, Latviyada 6290, Qırğızıstanda 2991, Estoniyada 2971, Özbəkistanda 1637, Tacikistanda 125 nəfər göstərilir.
Milli hesabata əsasən, Azərbaycanda 830056 nəfər koronavirusa yoluxub, onların 10193-ü vəfat edib, 460-ı aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.