Müharibə iştirakçılarının psixoloji reabilitasiyası
- 06 Aprel 2023
- comments
- Novator.az
- Posted in Xəbər
Vətən müharibəsi iştirakçıları üçün psixoloji reabilitasiya və qrup terapiyası xidmətlərinin təşkili layihəsinə start verilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qalib layihələrindən olan bu layihəni Gənc Psixoloqlar İctimai Birliyi icra edir.
Layihə çərçivəsində Vətən müharibəsi iştirakçılarının psixoloji cəhətdən dəstəklənməsi, psixoloq və psixiatrların onlarla görüşlərinin keçirilməsi planlaşdırılır.
Layihə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilati dəstəyi ilə reallaşdırılır.