![]({"full":{"0":"2023\/03\/Gurcustan.jpg","1":757,"2":500,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2023\/03\/Gurcustan.jpg"}})
Gürcüstan: ölüm doğumu üstələyir
Gürcüstanın Milli Statistika Xidməti demoqrafik hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2022-ci ildə ölkədə 42,3 min nəfər doğulub, 49,1 min nəfər vəfat edib.
Əvvəlki iki ildə də ölüm göstəricisinin doğumu üstələdiyi vurğulanır: 2020-ci ildə 46,5 min doğum, 50,5 min ölüm, 2021-ci ildə 45,9 min doğum, 59,9 min ölüm rəsmiləşib.