Bakı Araşdırmalar İnstitutu ümumi təhsil müəssisələrinin sayının dövlət müstəqilliyi illərində necə dəyişməsinə nəzər salıb.
Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa edib.
Rəsmi statistikaya görə, 1990-1991-ci tədris ilində Azərbaycanda 4268 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib. 2021-2022-ci tədris ilinin analoji göstəricisi 4426-dır.
Qeyd olunur ki, müstəqillik illərində ümumi təhsil müəssislərinin sayı 3,7 faiz artıb. Şəhər yerlərində 38,3 faiz artımın qeydə alındığı, kənd yerlərində 5,8 faiz azalmanın rəsmiləşdiyi vurğulanır.
Tam orta məktəblərin sayında artım ölkə üzrə 29,4 faiz, şəhərlər üzrə 58,7 faiz, kəndlər üzrə 17,5 faiz göstərilir.
Statistikaya əsasən, 1990-1991-ci tədris ilində ümumi təhsil müəssisələrində oxuyanların ümumi əhalidə payı 18,9 faiz, 2021-2022-ci tədris ilində 13,6 faiz olub.