2023-cü il fevralın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 131 min 373 nəfər olub (Rusiya hərbi kontingentinin yerləşdiyi ərazilərdəki əhali çıxılmaqla). Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvarda 9935 doğulan körpə qeydə alınıb, onların 53,5 faizi oğlandır.
İlk ayda 5810 ölümün, 3979 nikahın, 1370 boşanmanın rəsmiləşdiyi vurğulanır.
2022-ci ilin ilk ayına nəzərən doğum 3,4 faiz, ölüm halları, 2,9 faiz, nikahlar 28,1 faiz azalıb, boşanmalar 6,7 faiz artıb.