2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard 396,3 milyon dollar göstərilir.
Novator.az bildirir ki, Türkiyə 895,3 milyon dollarla ikinci, Rusiya 761,5 milyon dollarla üçüncü tərəfdaşdır.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, Çinlə 400,9 milyon, Almaniya ilə 378,7 milyon, İsraillə 334,1 milyon, İspaniya ilə 289,3 milyon, Rumıniya ilə 270 milyon, Fransa ilə 257,3 milyon, Hindistanla 241,3 milyon, Çexiya ilə 177,2 milyon, Gürcüstanla 172 milyon, Yunanıstanla 141,6 milyon, Avstriya ilə 107 milyon, Türkmənistanla 105,1 milyon dollarlıq ticarət rəsmiləşib.