Martın 16-na olan beynəlxalq statistikaya görə, 202 ölkə və ərazidə 20 milyon 157 minə yaxın koronavirus xəstəsi var. Aktiv xəstə sayı Rusiyada 252136, Moldovada 97807, İranda 88093, Estoniyada 87796 nəfər göstərilir.
Novator.az bildirir ki, Ukraynada 37921, Gürcüstanda 34018, Qazaxıstanda 12106, Özbəkistanda 8307, Qırğızıstanda 7343, Litvada 6244, Ermənistanda 3883, Belarusda 1327, Tacikistanda 397, Latviyada 380 nəfər müalicə altındadır.
Milli hesabata əsasən, Azərbaycanda 829076 nəfər koronavirusa yoluxub, onların 10147-si vəfat edib, 257-si aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrından yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib.