• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dəyişiklik şansı

  • 13 Mart 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Siyasətçi Azər Qasımlı bölgədə demokratik dəyişikliklər proqnozu verir. Novator.az-ın məlumatına görə, o yazır ki, bir çox adam sosial şəbəkələrdə xalqı və cəmiyyəti durmadan tənqid edir, antidemokratik mühitin bütün günahını xalqın tələbkar olmamasında, qorxmasında görür: “Harada bir etiraz olur, insanlar meydana çıxır, həmin toplumları bizə nümunə göstərmək ənənəyə çevrilib. Halbuki siyasi mübarizədə bu yanaşma ən yanlış və uğursuz yoldur… Həqiqət ondadır ki, bizdə toplumu diri tutan və ayaqda saxlayan institutlar yoxdur. İnstitutlar formalaşmadan xalqı təşkilatlandırmaq və siyasi varlığa çevirmək mümkünsüzdür.

Toplum təşkilatlana bilməyib. Demokratik institutlar ayaq açmadan boğulub. Neftdən gələn gəlirlər də mövcud sistemin bərqərar olması və möhkəmlənməsi üçün köməkçi olub. Səhvi xalqda və cəmiyyətdə axtarmaqdansa neft bumundan əvvəlki dövrün siyasi qüvvələrinin davranış və strategiyalarını, həmçinin xarici faktorları xatırlamaq lazımdır”.

Azər Qasımlı qeyd edir ki, 2000-ci illərdə xarici faktor daxili avtoritar meyillərə yardımçı olub: “Postsovet məkanında Putin iqtidarının avtoritar rejimlərə atalıq etməsi və Cənubi Qafqazı öz arxa bağçası sayması; Türkiyədə Ərdoğan hakimiyyətinin cümhuriyyət və demokratiya prinsiplərini çeynəyərək avtoritarizmə üz tutması; Ermənistanın təcavüz və işğal siyasəti ilə bərabər bölgədə Rusiyanın forpostu olması Azərbaycanda avtoritar rejimin əsas dayaqlarına çevrildi. Almaniyada Merkel hökumətinin, ABŞ-da Obama və Tramp iqtidarlarının Cənubi Qafqazı Rusiyanın təsir dairəsi kimi görməsi də avtoritar rejimlərin əl-qolunu açdı.

Lakin Ukrayna müharibəsi vəziyyəti kökündən dəyişir. Bölgəmizdə formalaşan avtoritar üçbucağı olduğu kimi saxlamaq artıq mümkün deyil. May ayında Türkiyədə keçiriləcək seçkilər və Qərbin Rusiyanı təcridetmə siyasəti 2000-ci illərin əvvəlinin uzlaşmasını poza bilər. Bölgəmizdəki avtoritar üçbucağın dağılma ehtimalı olduqca yüksəkdir. Ərdoğanın seçkiləri uduzması, Putinin də Ukrayna cəbhəsində məğlub olması Azərbaycanda demokratik dəyişikliklərin önünü açacaq.

Türkiyə bizə qardaş ölkədir. Lakin Azərbaycana sadəcə müttəfiq Türkiyə deyil, həm də demokratik Türkiyə lazımdır. Demokratiya xalqın özüdür. Antidemokratiya korrupsiya, monopoliyalar, polis özbaşınalığı, şəxsi həyata müdaxilə, səfalət deməkdir”.

1975-ci il təvəllüdlü Azər Qasımlı Dövlət İdarəçilik Akademiyasında, Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb, Türkiyənin Mərmərə Universitetində magistr dərəcəsinə, Moskva Dövlət Universitetində siyasət üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü, Respublikaçı Alternativ Partiyası Məclisinin başqanı olub. 2019-cu ilin noyabr ayından müstəqil siyasi fəaliyyət göstərir.

21 il həbs cəzası almış uyğur qadının hekayəti

  • 13 Mart 2023
  • comments

“Beton sevgisi”

  • 13 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0
comments
ManşetXəbər

Vəkil Zamin Salayevə baş çəkib

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda