• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident rus dezinformasiyası ilə mübarizə məsələsini qaldırıb

  • 10 Mart 2023
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

“Rusiyanın rəsmi, yaxud qeyri-rəsmi mənbələrinin, kütləvi informasiya vasitələrinin yaydığı məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu, faktiki yeni cildə girmiş rus imperializmidir. Bu, neokolonializmin bir növüdür, Ukraynanı, onun xalqını köləyə çevirmək, ölkənin zəngin təbii sərvətlərini talamaq, Ukrayna cəmiyyətinin potensialını mənimsəmək ehtirasının nəticəsidir. Rusiyanı hərəkətə gətirən əsas motiv budur”. Novator.az-ın məlumatına görə, Polşa prezidenti Anjey Duda Qətərdə keçirilən BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə 5-ci konfransı çərçivəsində keçirilən brifinqdə belə deyib.

Anjey Dudanın sözlərinə görə, o, konfrans zamanı ərəb ölkələrinin nümayəndələri ilə keçirdiyi görüşlərdə Rusiyanın ərəb dünyasında yaydığı dezinformasiyalara qarşı mübarizə məsələsini qaldırıb.

Polşa prezidenti vurğulayıb ki, Rusiyanın apardığı saxta təbliğatın təsiri Ərəbistan yarımadasında açıq hiss olunur və Moskvanın Ukraynaya təcavüzü haqda həqiqətlərin ərəb dünyasında işıqlandırılmasına ciddi ehtiyac var.

Polşanın Ukraynanın qonşusu olduğunu xatırladan Anjey Duda qeyd edib ki, bir qonşu kimi onlar Rusiyanın əməllərinə yaxından şahiddirlər, Ukraynaya təcavüzlə bağlı həqiqətləri dərindən bilirlər.

Polşa prezidenti Qətər konfransında Afrika ölkələrinin liderləri ilə ünsiyyət qurduğunu, onlara Ukrayna müharibəsinin dəhşətlərindən danışdığını bildirib. Anjey Dudanın sözlərinə görə, o, afrikalı liderlərə Kremlin Afrikada, eləcə də BMT-də apardığı kütləvi təbliğatın tamamilə yalan olduğunu çatdırıb.

“Rusiya neokolonial imperiya siyasəti yürüdür” deyən Polşa prezidenti Ruandanın baş naziri Eduard Nqirente və Mozambikin baş naziri Adrian Maleyani ilə apardığı danışıqlardan söz açarkən vurğulayıb ki, o, Afrikanın bu iki ölkəsinin liderlərini XXI əsrdə yeri olmayan rus imperializmini dayandırmağın zəruriliyinə inandıra bilib: “Söhbətimiz çox möhtəşəm keçdi”.

Mənbə: Ukrinform.net

Siqareti atanda orqanizm necə düzəlir?

  • 09 Mart 2023
  • comments

Si Cinpin yenə dövlət başçısı seçildi

  • 10 Mart 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda