• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ali Məhkəmə, sədrin səlahiyyətləri

  • 10 Mart 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycan Konstitusiyasına görə, Ali Məhkəmənin hakimlərini prezidentin təqdimatı ilə parlament təyin edir. “Məhkəmələr və hakimlər haqqında” qanunda Ali Məhkəmə hakimi üçün son yaş həddi 68 yaş göstərilir.

Sədr prezident sərəncamı ilə 5 il müddətinə təyin olunur. 2005-ci ildən Ali Məhkəməyə sədrlik edən Ramiz Rzayev 2023-cü il martın 6-da postundan ayrılıb.

Novator.az bildirir ki, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən kommersiya və inzibati mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanı, kassasiya instansiyasıdır. Paytaxt Bakıda təşkil edilən Ali Məhkəmənin yurisdiksiyası Azərbaycanın bütün ərazisinə şamil edilir.

Ali Məhkəmə sədrinin bu səlahiyyətləri var:

Ali Məhkəmənin işinin təşkilinə və onun katibliyinin işinə rəhbərlik, Ali Məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin etmək;

Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik, işlərin kollegiyalar arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət, başqa vəzifələri bölüşdürmək;

Ali Məhkəmənin Plenumuna hakimlərin kollegiyalar üzrə müəyyən edilməsinə dair təkliflər vermək;

aidiyyətə dair mübahisələrə baxılması üçün Ali Məhkəmənin müvafiq kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibləri müəyyən etmək;

Ali Məhkəmə Aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll etmək;

Ali Məhkəmə Aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən etmək;

Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif vermək;

Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət etmək;

məhkəmələrdən işləri tələb etmək;

məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar vermək;

yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna təqdimatlar vermək;

Ali Məhkəməni təmsil etmək;

Ali Məhkəmənin Plenumunun iclaslarını çağırmaq, onun vaxtını, gündəliyini müəyyən etmək və bu iclaslara sədrlik, plenumun qərarlarını və iclas protokollarını imzalamaq;

Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat vermək;

Ali Məhkəmənin hakimlərinin və aparat işçilərinin ixtisasının artırılması işini təşkil etmək;

məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil etmək;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərmək;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil etmək;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirmək.

Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Gürcüstan dərsi

  • 10 Mart 2023
  • comments

13 veteran

  • 10 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda