• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçi həbsdən çıxıb xəstəxanaya düşdü

  • 02 Mart 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İnzibati həbsdən çıxan AXCP fəalı Elnur Həsənovun səhhəti pisləşib.

Elnur Həsənov İkinci Qarabağ müharibəsinin şəhidi Teymur Həsənovun qardaşıdır.

Yanvarın 29-da Sabunçu Elektrik Şəbəkəsinin Bakıxanov qəsəbəsindəki ofisinə gedən Elnur Həsənov 85 yaşlı nənəsinin evində elektrik enerjisinin yanvarın 26-dan cüzi borca görə kəsilməsinə etiraz edib. Məsələ həllini tapmadığı üçün Elnur Həsənov yanvarın 31-də “Azərişıq” ASC-nin Yasamal rayonundakı baş ofisinə gedib, orada tutularaq Yasamal Rayon Məhkəməsinə aparılıb və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb.

Daxili İşlər Nazirliyinin Bakıdakı inzibati həbs məntəqəsində (Binəqədi rayonu) saxlanan Elnur Həsənov tutulduğu gündən aclıq aksiyası keçirib.

Novator.az-ın məlumatına görə, martın 1-də gecə həbs müddəti bitən cəbhəçi azadlığa buraxılan kimi şəhid qardaşının məzarını ziyarət edib, bundan bir qədər sonra isə özünü pis hiss edərək 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

AXCP sədri Əli Kərimli yazır ki, şəhid qardaşına qarşı qəddarlıqda susqun cəmiyyət olaraq hamının payı var: “Elnur Həsənov 30 sutkalıq inzibati həbsin ilk günündən son gününədək qanunsuz tutulmasına etiraz olaraq aclıq aksiyası keçirdi. Təəssüf ki, Türkiyədəki zəlzələ dalğası və məhbus fəal Bəxtiyar Hacıyevin aclıq aksiyası fonunda Elnur bəy haqq etdiyi dəstəyi görmədi. Elnur Həsənovun iradəsi 30 sutkalıq aclıq aksiyasına dözməyə kifayət etsə də, bədəni dözmədi. Halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Allah şəfa versin. Allah biz topluma da daha çox güc, prinsipiallıq versin ki, rejimin zorakılığının, repressiyasının qurbanlarını daha cəsarətlə və daha kütləvi müdafiə edə bilək”.

Azərbaycan dövlətinə yeni cərimələr

  • 02 Mart 2023
  • comments

Zamin Salayev oğluna nədən gileylənib?

  • 02 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda