• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İslahat yolağası

  • 28 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Qalib Toğrul yazır ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə torpaq islahatı aparmaq üçün İsrailin və Türkiyənin təcrübəsini öyrənir: “Çox uğursuz ölkələr seçilib. İsraildə torpaq islahatı 2009-cu ildə keçirilib, kənd təsərrüfatı torpaqlarını əhatə etməyib, həyətyanı torpaqların və daşınmaz əmlak altındakı torpaqların şəxsi mülkiyyətə verilməsini nəzərdə tutub. Məqsəd evlərin qiymətinin aşağı salınması, torpaqların idarə olunması xərclərinin və bürokratik əngəllərin azaldılması olub.

Bu gün İsraildə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi vur-tut 450 min hektardır, onun təxminən 160 min hektarı suvarılır. Torpaqların cəmi 7 faizinin özəl sektorda olduğu ölkənin kənd təsərrüfatındakı möcüzənin səbəbi yeni bitki sortlarının yetişdirilməsi, suvarmanın innovativ sistemlərinin və qabaqcıl texnologiyanın tətbiqidir.

Türkiyədə torpaq islahatına iki dəfə cəhd olunub, ikisi də uğursuzluqla nəticələnib, ikincidə hətta hakimiyyət dəyişikliyi yaşanıb”.

Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, Azərbaycan hökuməti kiçik torpaq sahələrini ilk torpaq islahatının naqis tərəfi kimi təqdim edir: “Ancaq kənd təsərrüfatı az-çox inkişaf eləmiş ölkələrin təcrübəsi göstərir ki, bu sektor kiçik və orta fermerlərin çiynində dayanır. İnkişaf eləmiş ölkələrdə hökumətlər başqa taktika işlədir, torpaqların bir neçə əldə cəmləşməsinin qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edir. Məsələn, Rumıniyada bir şəxsin 100 hektardan, Macarıstanda 300 hektardan, Polşada 500 hektardan çox torpaq sahəsi əldə etməsinə qadağa qoyulur. Yaxud digər bir tənzimləmə aləti tətbiq olunur: pay torpaqlar satıla bilməz, yalnız icarəyə vermək mümkündür.

Dünya Bankı ekspertlərinin və tanınmış tədqiqatçı alimlərin araşdırmaları göstərir ki, torpaqların bir neçə əldə cəmləşməsi iqtisadi inkişafı zəiflədir, kənd yerlərində yoxsulluğu artırır. Kənd təsərrüfatı sahəsində böyük təsərrüfatlar o zaman iqtisadiyyata pozitiv töhfə verir ki, dəqiq və ədalətli işləyən dövlət institutları mülkiyyət hüququnun qorunmasını təmin etsin və torpaqlardan təyinatına uyğun istifadə olunmasına ciddi nəzarət həyata keçirsin, kiçik və orta fermerlərin ucuz maliyyə mənbələrinə və texnologiyalara rahat çıxışı olsun”.

Viruslu 3 il

  • 28 Fevral 2023
  • comments

24 turdan sonra

  • 28 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda